Azərbaycanda uşaqlara Donald adı verilsin – İLGİNC TƏKLİFbackend

Azərbaycanda uşaqlara Donald adı verilsin – İLGİNC TƏKLİF

“İlahi, ANCA kimi hegemon, söz sahibi, lotu — Amerikadakı ermənilərin əsas lobisi necə aciz vəziyyətə düşüb?! 2 gündür ANCA dayanmır. ABŞ hökumətinə, Ağ Evə kütləvi zənglər və məktublar göndərir ki, Azərbaycana sanksiya tətbiq edin. Bütün erməniləri buna səsləyir və rəhbərləri də Donald Trump-ı ittiham edir ki, Azərbaycanın “işğalını” təsdiqləyən sənəd imzalayır.”

KONKRET.az xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, vaxtilə Azərbaycan əleyhinə qərarlar çıxartdıran, senatorları manipulyasiya edən ANCA bu gün artıq təsir gücünü itirib və yalnız ictimai çağırışlarla məhdudlaşır. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp heç bir lobbi təsirinə məruz qalmadan, siyasi mövqeyində israrla qalaraq ANCA-nın planlarını pozub.

Pərdəşünasın təklifinə görə, bu münasibətlə “Trump Tower”in adı bərpa olunmalı, Las Vegas və Naxçıvan qardaşlaşmış şəhərlər elan edilməli, həmçinin dünən doğulan azı 2-3 körpəyə Donald adı verilməlidir.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*