Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı – YENİ TƏYİNATbackend

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNAT

Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Tənzimlənmə Agentliyinin (EMTA) Lənkərandakı regional bölməsində kadr islahatı həyata keçirilib.

KONKRET.az xəbər verir ki, EMTA-nın Lənkəran regional şöbəsinin rəhbəri Ramin Əliyev vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifəyə İntiqam Mehdiyev təyin edilib.

“Report”un sorğusuna cavab olaraq Agentlikdən bu xəbəri təsdiq ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” (EMTA) yaradılıb.

Qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi, müəssisələrin fəaliyyətinin təhlili, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsi, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanması, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*