Azərbaycanda yaşayış evləri bahalaşdıbackend

Azərbaycanda yaşayış evləri bahalaşdı

Bu ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 100,7 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,8 faiz, yol və körpü tikintisi üzrə isə 100,3 faiz təşkil edib.

KONKRET.az xəbər verir ki, Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu ilin II rübü ilə müqayisədə ilin III rübündə yaşayış evləri üzrə qiymət indeksi isə 100,4 faizə bərabər olub.

Eyni zamanda ötən ilin III rübü ilə müqayisədə bu ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi 101,2 faizə, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni aylarında isə sözügedən sahə üzrə qiymət indeksi 101,1 faiz təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*