Azərbaycanda yeni iş yerlərinin sayı açıqlanıbbackend

Azərbaycanda yeni iş yerlərinin sayı açıqlanıb

2024-cü ilin I rübündə Azərbaycanda 22 517 yeni iş yerləri yaradılıb.

KONKRET.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 25.9% artıb. Belə ki, 2023-ci ilin I rübündə Azərbaycanda 17 886 yeni iş yeləri açılmışdı.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda mövcud müəssisə və təşkilatlarda 20 037 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 2 265 yeni iş yeri açılıb.

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanda 2 955 yeni müəssisə və təşkilat, 21 781 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 27%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 27.4% azalıb.

 

  • Namiq
    May 24, 2024 - 15:33

    Çox qəribədir. Statistikaya inansaq Azərbaycanda vakant iş yerlərinin sayı əhalini üstələyər. Hər il neçə min yeni iş yerləri yaradılır, amma insanlar iş tapa bilmir.

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*