Azərbaycanda yeni məhsul sortları yaradıldı – FOTOLARbackend

Azərbaycanda yeni məhsul sortları yaradıldı - FOTOLAR

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən KONKRET.az-a verilən məlumata əsasən, dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssisləri tərəfindən yaradılmış pomidor,  bibər,  xiyar və kartof bitkilərinin yeni sortlarının təqdimatı ilə bağlı tədbir keçirilib.

Təqdim olunmuş tərəvəz və kartof sortları təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir.

Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni sortu təqdim olunub. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*