Azərbaycanda yeni radio açılacaq – MÜSABİQƏbackend

Azərbaycanda yeni radio açılacaq - MÜSABİQƏ

Azərbaycanda yeni radionun açılması üçün müsabiqə elan edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.

İclasda ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz işçi tezliyinə) 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*