Azərbaycanda yığılmış buğda və arpanın həcmi açıqlandıbackend

Azərbaycanda yığılmış buğda və arpanın həcmi açıqlandı

2021-ci ildə qarğıdalı da daxil olmaqla 998,7 min hektar sahədən, hər hektardan orta hesabla 32,8 sentner olmaqla, ilkin çəkidə 3 milyon 363 min ton dənlilər və dənli paxlalı bitkilər toplanıb.

KONKRET.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilə nisbətən istehsal 3,3 faiz və ya 105,9 min ton artıb.

2021-ci ildə istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 1 milyon 885,4 min tonunu və yaxud 56,1 faizini buğda təşkil edib. Yığılmış buğdanın həcmi 2020-ci illə müqayisədə 1 faiz artıb. Buğdanın məhsuldarlığı 32,9 sentner olub.

Eləcə də 2021-ci ildə istehsal olunmuş arpanın həcmi 1 milyon 146,7 tonu təşkil edib. Yığılmış məhsul həcmi 2020-ci illə müqayisədə 12,4 faiz artıb.

Bundan əlavə, 2021-ci ildə 1 milyon 62 min ton və ya 2020-ci ilə nisbətən 2,3 faiz çox kartof, 1 milyon 815,5 min ton (4,4 faiz çox) tərəvəz, 459,9 min ton (2,6 faiz çox) bostan məhsulları, 1 milyon 204,9 min ton (6,3 faiz çox) meyvə və giləmeyvə, 209,8 min ton (0,9 faiz çox) üzüm, 1 milyon 177,7 ton (26,4 faiz çox) yaşıl  çay yarpağı, 25,8 min ton (4,2 faiz çox) günəbaxan, 286,7 min ton (14,9 faiz az) pambıq, 193,2 min ton (23,7 faiz az)  şəkər çuğunduru və 6,4 min ton (7,7 faiz az) tütün yığılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*