Azərbaycanda yüksək vəzifəli şəxs İSTİNTAQA ÇAĞIRILDIbackend

Azərbaycanda yüksək vəzifəli şəxs İSTİNTAQA ÇAĞIRILDI

Həbs edilən “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə onun müavini istintaqa çağırılıb.

KONKRET.az xəbər verir ki, istintaq tədbirləri üzrə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini İslam Səfər oğlu Qurbanov dindirilib və izahatı alınıb. O, Vidadi Muradovun adıçəkilən quruma rəhbərlik etdiyi dönəmdə Təsərrüfat və sənədlər şöbəsinin fəaliyyətinə rəhbərlik edib.

Qeyd edək ki, sözügedən sədr müavini Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin sabiq rəisi Səfər Qurbanovun oğludur./unikal.org/

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*