Azərbaycanda ərzaq məhsullarının bahalaşması fonunda yumurtanın qiymətindəki artım da istehlakçıların narahatlığına səbəb olub.
Son günlər xüsusilə broyler və kənd yumurtasının qiymətində müşahidə olunan bahalaşmanın səbəbləri ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlama verib.

Ekspert yumurtanın bahalaşmasının bir neçə əsas amillə bağlı olduğunu bildirib:
- Yem və xammalın qiyməti artıb.
Quş yemi — qarğıdalı, soya və digər komponentlər bahalaşdığı üçün istehsalçıların maya dəyəri yüksəlib.
- Enerji və daşınma xərcləri bahalaşıb.
Elektrik, yanacaq və nəqliyyatın qiyməti artdığına görə istehsal müəssisələrində xərc yükü çoxalıb.
- Təklif azalıb.
Soyuq hava şəraitində toyuqların yumurtlama səviyyəsi aşağı düşür. Kənd yumurtasının bazara çıxışı da azalır ki, bu da ümumi təklifi məhdudlaşdırır.
- Tələb yüksəlib.
Digər protein məhsullarının bahalaşması fonunda əhali daha çox yumurtaya üz tutur. Tələb artdıqca qiymətlər də yüksəlir.
- İstehsalçıların sayı azdır.
Bazarda əsasən bir neçə iri istehsalçı fəaliyyət göstərdiyi üçün qiymətlərdəki dəyişikliklər daha asan şəkildə ümumi bazara təsir edir.
Hazırda bazarda yumurtanın qiyməti belədir:
- Broyler yumurtası: təxminən 20 qəpik
- Kənd yumurtası: 40–45 qəpik
Akif Nəsirlinin sözlərinə görə, yaxın dövrdə ucuzlaşma mümkündür, lakin bu, bir neçə şərtin yerinə yetirilməsindən asılıdır. Yem, enerji və logistika xərcləri sabitləşərsə, istehsal artsa qiymətlər aşağı düşə bilər. Lakin havaların soyuq keçməsi və xərclərin artmaqda davam etməsi yumurtanın qiymətində yenidən artıma səbəb ola bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
