Azərbaycandan növbəti 228 nəfərlik xilasetmə heyəti Türkiyəyə yola salındıbackend

Azərbaycandan növbəti 228 nəfərlik xilasetmə heyəti Türkiyəyə yola salındı

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 228 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yola salınıb.

KONKRET.az xəbər verir ki, bunu FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov bildirib.

Onun sözlərinə görə, şəxsi heyət axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə təmin olunub və onların Türkiyədə qalma müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur:

“Verilən tapşırıqların icrası tam yerinə yetirilənə qədər şəxsi heyət orada fəaliyyət göstərəcəkdir. Bildiyiniz kimi, iki gün öncə yola saldığımız qruplar artıq sutkalıq axtarış-xilasetmə əməliyyatlarına başlayıblar və müəyyən nəticələr var”.

Qeyd edək ki, 228 nəfərlik şəxsi heyət Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirəcək.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*