Azərbaycandan qayıdan muzdlu snayper Nacaryana pasport verilmirbackend

Azərbaycandan qayıdan muzdlu snayper Nacaryana pasport verilmir

Vətən müharibəsi zamanı Azərbaycan ərazisinə qanunsuz daxil olduğu üçün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan və bir müddət öncə Livana təhvil verilən muzdlu snayper Maral Nacaryana Ermənistan pasportu verilmir.

KONKRET.az xəbər verir ki, bu barədə deputat Naira Zohrabyan feysbuk səhifəsində yazıb. O iddia edib ki, Maral Azərbaycandan Beyruta təhvil verilərkən onun şəxsiyyət vəsiqəsi Bakı həbsxanasında qalıb.

M.Nacaryan Ermənistan polisinin pasport xidmətinə müraciət edərək ona yeni şəxsiyyət vəsiqəsi verilməsini istəyib. Ancaq polis bunun üçün şərt qoyub ki, Maral Beyrutdan Ermənistana gələrək əsirlikdə olduğunu və pasportunun həqiqətən Bakıda qaldığını sübut etməlidir.

Xatırladaq ki, Maral Nacaryan Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində bu ilin 10 mart tarixində azad edilib. O, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*