“Azərbaycandan sonra bu hakimiyyət ordunun belini qırmağa hazırlaşır”backend

“Azərbaycandan sonra bu hakimiyyət ordunun belini qırmağa hazırlaşır”

Armen Sarkisyan, Nikol Paşinyan və hakimiyyətin digər üzvləri hərbçiləri oyundan kənarlaşdıraraq nəhayət ordunun belini qıracaq”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Enaket” (“Dəstək nöqtəsi”) analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan özünün Facebook səhifəsində yazıb.

“Buradakı problem yalnız Onik Qasparyanın və ordunun ətrafında toplaşan hərbçilərin şəxsiyyəti ilə bağlı deyil. Onsuz da ordumuzun belini Türkiyə və Azərbaycan birlikdə qırıb. Hadisələrin inkişafı göstərir ki, proses davam edir. Beləliklə, biz xarici təhlükələrə qarşı son qalamızı itirəcəyik.

Ona görə də bu gün hər zamankındən daha çox bu hökumətin təhlükəsini tanıyan və ona qarşı çıxan bütün qüvvələr qətiyyətli addımlar atmalıdır: ola bilsin ki, yaxın bir neçə gün dövlətçiliyi qorumaq üçün son fürsətdir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*