Azərbaycanın Avropaya çıxışı asanlaşır: Gürcüstan tarixi jesti unudacaq, yoxsa Bakıya dəstək olacaq? – VACİB MƏQAMLARbackend

Azərbaycanın Avropaya çıxışı asanlaşır: Gürcüstan tarixi jesti unudacaq, yoxsa Bakıya dəstək olacaq? - VACİB MƏQAMLAR

Qars-İğdır-Aralıq–Dilucu xəttinin açılması Azərbaycanın Avropaya çıxışını daha da asanlaşdıracaq. Bəs bu, Gürcüstana hansı problemlər yarada bilər?  Tbilisinin narahat olmaq üçün səbəbi varmı? 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanın yeni layihələri ölkənin həm iqtisadi, həm də geosiyasi gücünü artırır:

Rusiya və İranın planı fiaskoya uğradı: Sülhə doğru son addım - Masada iki  vacib məsələ qalıb | KONKRET

“Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra yeni hədəflər müəyyən edib. Xüsusilə, ölkənin iqtisadi imkanlarının genişlənməsi və beynəlxalq aləmdə rolunun güclənməsi istiqamətində ciddi addımlar atılır. Qars-İğdır-Aralıq–Dilucu xəttinin açılması Azərbaycanın imkanlarını daha da genişləndirəcək. Uzun illər Azərbaycan Gürcüstan üzərindən müxtəlif marşrutları reallaşdırıb və bu, Tbilisiyə əlavə imkanlar qazandırıb. Lakin Azərbaycanın digər istiqamətlərdə də addımlar atması Gürcüstan üçün narahatlıq doğurmamalıdır”.

Siyasi şərhçi qeyd edib ki, Bakı ilə Tbilisi arasında münasibətlər tarixi bağlılıq və qarşılıqlı etimada əsaslanır:

“Azərbaycan Gürcüstanın ən çətin vaxtlarında yanında olub. Xüsusilə Rusiyanın Gürcüstanın qaz təminatını kəsdiyi vaxtlarda Azərbaycan tərəfindən Gürcüstana qaz verilməsi böyük tarixi jest idi. Gürcü xalqı da bunu yüksək qiymətləndirir. Azərbaycanın Gürcüstanın iqtisadi inkişafı üçün mühüm addımları olub və bundan sonra da bu istiqamətdə proseslər davam edəcək. Digər istiqamətlərdə layihələrin reallaşdırılması isə tamamilə təbiidir və heç bir ölkəni, o cümlədən Gürcüstanı narahat edə bilməz”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*