Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndibackend

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi

Azərbaycanın gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı qeydə alınıb.

Konkret.az bildirir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlulumata görə, Avroviziya Mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”-da keçiriləcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”-nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*