Ölkə ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İB-dən KONKRET.az-a verilən məlumata görə, SOCAR “Azəriqaz” İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları bu rayonlara ezam olunub.
“Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5 min abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır”, – məlumatda deyilir.