Azərbaycanın bu kəndi tamamilə yandırılıb – 30 ilbackend

Azərbaycanın bu kəndi tamamilə yandırılıb - 30 il

Bu gün Ağdaban soyqırımından 30 il ötür.

KONKRET.az xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıb və yer üzündən siliblər.

Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*