Daşkəsən rayonunda qarın ağırlığından irigövdəli ağacın budağı qırılaraq elektrik xəttinin üzərinə düşüb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
KONKRET.az-ın məlumatına görə, aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub.
Hazırda yaranmış problemin aradan qaldırılması üçün müvafiq işlər görülür.
Rayon ərazisində yağıntılı hava şəraiti davam edir. Report