Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunan “Qızıl fond” yaradılacaqbackend

Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunan “Qızıl fondyaradılacaq

Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılması təklif edilib.

KONKRET.az xəbər verir ki, bu təkliflə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov çıxış edib.

Onun sözlərinə görə, fondda seçilmiş video və audio resursların, kitab, məqalə, məruzələrin toplanılması, əməkdaşların elektron məlumat-biblioqrafiya bazasının yaradılması və elmi nailiyyətlərinin, nəşrlərinin toplanılması nəzərdə tutulur.

Elektron Elmi Məlumat Bazasının yaradılması və institutların fəaliyyətinin elmmetrik dəyərləndirmə məlumatlarının toplanılması, “İnstitut və KİV” bazasının yaradılması, KİV-də, sosial şəbəkələrdə institut və əməkdaşlarının fəaliyyətini işıqlandıran materialların toplanılması, “Lüğətlər” bazasının yaradılması və digər zəruri məsələlər də təkliflər arasında yer alıb.

Bundan əlavə, F.İmanov elektron elmi informasiya mübadiləsinin təşkilində elektron kitabxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bir sıra bazalara abunəçiliyin əhəmiyyətini də qeyd edib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*