Azərbaycanın ekologiya tarixində özəl gün – 650 min ağac əkildibackend

Azərbaycanın ekologiya tarixində özəl gün - 650 min ağac əkildi

Azərbaycanın tarixində ilk dəfə olaraq, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qaldırılan bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü nəhayət ki, bu gün gercəkləşdi.

KONKRET.AZ xəbər verir ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə uyğun olaraq, ümumilikdə 83 şəhər və rayonda ağacəkmə aksiyası keçirilib. Bu aksiyada 37 növdə 650 min ağac əkilib ki, onların da hamısı Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib.

Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə ilk olaraq, şairin doğulduğu Şamaxı şəhərində start verilib.

Media nümayəndələri isə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. İctimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən bu aksiyaya 1000-ə yaxın insan cəlb olunub. Havanın soyuq olmasına baxmayaraq, insanlar bu aksiyada çox fəal iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*