Boks Mərkəzində kişi boksçular arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
KONKRET.AZ xəbər verir ki, həlledici döyüşlərdə qalib gələn Maqsud Xasmetov (52 kq), Ümid Rüstəmov (57 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq), Rauf Rəhimov (91 kq) və Asəf Aslanlı (91 kq-dan yuxarı) çempion tituluna sahib olublar.
Dünya çempionu Cavid Çələbiyev birinciliyin ən yaxşı boksçusu nominasiyasında xüsusi diplomla təltif edilib. Ümid Rüstəmov ən texnikalı, Maqsud Xasmetov ən gənc boksçu adına sahib olub.
Turnirin komanda hesabında qalibi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti olub. İkinci yeri “Sədərək”, üçüncü yeri isə “Qəbələ” tutublar.
Çempionatda Anar Nağdıyev ən yaxşı hakim seçilib.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Azərbaycan çempionatı
VI günün nəticələri
FİNALLAR
52 kq: Yadigar Əliyev (DİN İC) – Maqsud Xasmetov (“Abşeron” İK) – 0:5
57 kq: Tayfur Əliyev (“Sədərək” İK) – Ümid Rüstəmov (DİN İC) – 0:5
63 kq: Ruslan Rüstəmov (DİN İC) – Cavid Çələbiyev (“Qəbələ” İK) – 0:5
69 kq: Vüsal Əliyev (Sumqayıt) – Sərxan Əliyev (MOİK) – 1:4
75 kq: Amin Kuşkov (“Sədərək” İK) – Mirəşrəf Kazımzadə (DİN İC) – 3:1
81 kq: Cəbrayıl Yelekov (“Sədərək” İK) – Sürət Qarayev (DİN İC) – ikinci döyüşə gəlməyib (zədə səbəbindən)
91 kq: Rauf Rəhimov (“Neftçi” İK) – Sadiq Səmədov (“Qəbələ” İK) – birinci tam üstünlüklə qalib gəlib
+91 kq: Asəf Aslanlı (DİN İC) – Gülhüseyn Ağazadə (DİN İC) – 5:0
Bütün mükafatçılar
52 kq
1. Maqsud Xasmetov (“Abşeron” İK)
2. Yadigar Əliyev (DİN İC)
3. Salman Əlizadə (“Sədərək” İK)
3. Ramazan Babayev (“Gömrükçü” İK)
57 kq
1. Ümid Rüstəmov (DİN İC)
2. Tayfur Əliyev (“Sədərək” İC)
3. Kənan Əliyev (“Sədərək”)
3. Fuad Tarıverdiyev (“Qızıl əlcək” İK)
63 kq
1. Cavid Çələbiyev (“Qəbələ” İC)
2. Ruslan Rüstəmov (DİN İC)
3. Kamran Orucov (Z-1)
3. Malik Həsənov (DİN İC)
69 kq
1. Sərxan Əliyev (MOİK)
2. Vüsal Əliyev (Sumqayıt)
3. Elməddin İsmayılov (MOİK)
3. Röyal Buludov (“Neftçi” İK)
75 kq
1. Amin Kuşkov (“Sədərək” İK)
2. Mirəşrəf Kazımzadə (DİN İC)
3. İsmayıl Hüseynov (MOİK)
3. Fərid Qəribov (“Qızıl əlcək” İK)
81 kq
1. Cəbrayıl Yelekov (“Sədərək” İK)
2. Sürət Qarayev (DİN İC)
3. Cabbar İsmayılov (Sumqayıt)
3. Kamran Muradov (DİN İC)
91 kq
1. Rauf Rəhimov (“Neftçi” İK)
2. Sadiq Səmədov (“Qəbələ” İK)
3. Eldar Quliyev (“Sədərək” İK)
3. İsmayıl Yaqubov (MOİK)
+91 kq
1. Asəf Aslanlı (DİN İC)
2. Gülhüseyn Ağazadə (DİN İC)
3. Fuad Cəfərov (DİN İC)
3. Elşən Hüseynov (“Qızıl əlcək” İK)