“Azərbaycanın Ermənistana 1000 kvadrat kilometr əraziyə qədər borcu var” – erməni ekspertbackend

"Azərbaycanın Ermənistana 1000 kvadrat kilometr əraziyə qədər borcu var" - erməni ekspert

Politoloq Stepan Qriqoryan RUSARMINFO efirində Azərbaycanın Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası gündəmindən niyə imtina etdiyindən danışıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, politoloqun sözlərinə görə, demarkasiya 70-ci illərin xəritələrinə əsaslanmayacaq, lakin Zaqafqaziya respublikalarının SSRİ-yə daxil olduğu andan – 1922-1923 -cü illərdəki xəritələrdən istifadə olunacaq:

“Yəni bunlar çar Rusiyasının xəritələri olacaq. Bu xəritələrə əsaslanaraq, Azərbaycanın Ermənistana 500-1000 kvadrat kilometr əraziyə borcu olduğu üzə çıxır”.

Qriqoryanın sözlərinə görə, “Nəinki Ermənistan-Azərbaycan sərhədi Ermənistanın xeyrinə şərh ediləcək, həm də bir sıra rayonların Ermənistanın bir hissəsi olduğu aydınlaşacaq.

Yox, əgər Ermənistan rəhbərliyi sərhədləri delimitasiya və demarkasiya edərkən bu məntiqdən əl çəkərsə, onda bu, xəyanət deməkdir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*