Azərbaycanın FIFA referisi “Napoli”nin oyununa təyinat alıbbackend

Azərbaycanın FIFA referisi "Napoli"nin oyununa təyinat alıb

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) oyununun baş hakimi olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*