“Azərbaycanın maraqları da nəzərə alınmalıdır” – Ermənistan prezidentibackend

"Azərbaycanın maraqları da nəzərə alınmalıdır" - Ermənistan prezidenti

“Azərbaycanın maraqları da nəzərə alınmalıdır”.

KONKRET.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində Ermənistanda investisiya imkanları sessiyasında çıxış edən Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Cənubi Qafqaz yalnız bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf edə bilər.

“Yalnız regionun bütün dövlətlərinin iştirakı ilə, onların həyati maraqlarını birləşdirməklə Cənubi Qafqazda davamlı inkişaf üçün ilkin şərtlər yaratmaq mümkün olacaq”, – deyə Xaçaturyan əlavə edib.

Erməni KİV-i yazıb ki, Ermənistan prezidentinin bu açıqlaması onu göstərir ki, Nikol Paşinyan xətti davam etdirilir. Yəni regionda düşmənçilik prinsipləri aradan qaldlrılmalı, Ermənistanla Azərbaycan iqtisadi və siyasi sahədə əməkdaşlıq etməlidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*