Azərbaycanın qara tarixi – Bu ermənilər ölkəmizdə ən yüksək vəzifələrdə olubbackend

Azərbaycanın qara tarixi - Bu ermənilər ölkəmizdə ən yüksək vəzifələrdə olub

SSRİ dövründə Azərbaycana ermənilər də rəhbərlik edib.

KONKRET.az xəbər verir ki, 1920-1953-cü illərdə ölkəmizin başında erməni, rus ukraynalı və yəhudilər olub.
Məsələn, 1920-21-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi Qriqoriy Kaminskiy yəhudi əsilli olub.
Sergey Kirov isə milliyətcə rus olub və 1926-cı ilə qədər Azərbaycana rəhbərlik edib.

Azərbaycanlı Ruhulla Axundovun 1 illik hakimiyyətindən sonra birinci katib vəzifəsinə erməni Levon Mirzoyan gətirilib. Mirzoyan 1929-cu ilə qədər bu vəzifədə qalmaqla xalqımızın başına faciələr gətirən erməni kimi tarixə düşüb.

Ukrayna əsilli Nikolay Qiqolodan sonra isə yenidən yəhudi Vladimir Polonskiy 1933-cü ilə qədər ölkəmizi idarə edib.
Ondan sonra erməni Ruben Mkrtçyan bir neçə ay rəhbər postda qala bilib. Versiyanın yaxın dostu Mircəfər Bağırov Kommunist Partiyasının birinci katibi seçilib və 20 il ərzində erməni ideoloqlarının diqtəsi ilə ziyalıların soyqırımını aparıb.
Maraqlıdır ki, 1920-53 illər aralığında Ermənistan SSRİ-yə yalnız erməni əsilli rəhbərlər gətirilib.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*