“Azərbaycanın ərazi bütövlüyünün Qarabağ və onun “status”u ilə heç bir əlaqəsi yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun David Babayan deyib.
“Son vaxtlar Qarabağın “status”u ilə bağlı müxtəlif növ müzakirələr, şərhlər, rəylər yenidən intensivləşib.
Biz münaqişənin sülh yolu ilə və hərtərəfli həllinə, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulmasına yönəlmiş istənilən addımı alqışlayırıq. Eyni zamanda, Qarabağ xalqının və “hakimiyyət orqanları”nın rəsmi mövqeyinin dəyişməz qaldığını bildirmək səlahiyyətimiz var.
Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq. Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, o cümlədən iki ölkə arasında sərhədlər məsələsinin həlli Qarabağın “status”u ilə bağlı ola bilməz və olmamalıdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün beynəlxalq hüququn norma və prinsiplərinə, qüvvədə olan sovet qanunvericiliyinə tam və ciddi uyğun olaraq xalqımız tərəfindən müəyyən edilmiş Qarabağ “espublika”sı və onun “status”u ilə heç bir əlaqəsi yoxdur”, – deyə Babayan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az