Azərbaycanın Qarabağda hərbi əməliyyatı halında Ermənistan nə edəcək? – Paşinyan CAVAB VERDİbackend

Azərbaycanın Qarabağda hərbi əməliyyatı halında Ermənistan nə edəcək? - Paşinyan CAVAB VERDİ

Azərbaycanın Qarabağda hərbi əməliyyatı halında Ermənistan heç nə etməyəcək.

KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycanın Qarabağ separatçılarına qarşı hərbi əməliyyatı halında Ermənistanın hərəkətləri ilə bağlı sualı cavablandırıb.

O, Ermənistanın Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalıb-qalmaması sualına belə cavab verib:

“Qarabağın təhlükəsizliyinin təminatçısı funksiyasını Rusiya Federasiyası öz üzərinə götürüb”.

Paşinyan qeyd edib ki, o, Ermənistanın Qarabağın təhlükəsizliyinin tam hüquqlu təminatçısı ola bilməyəcəyini anlayaraq 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayıb.

“Onun təhlükəsizliyinə təminat verəcək sistem yaratmaq lazım idi. Sonra Rusiya Federasiyasının Federasiya Şurası Vladimir Putin Qarabağa qoşun yeritmək üçün sanksiya verdi. Bu öhdəlikləri Rusiya özü üzərinə götürüb.

Digər tərəfdən, Qarabağda Azərbaycanın Ermənistan ordusu kimi təqdim etməyə çalışdığı “müdafiə ordusu” var, amma bu, belə deyil.

Azərbaycan “müdafiə ordusu”nun buraxılmasını tələb edir. Qarabağ “ordu”nu belə çətin vəziyyətdə saxlamaq üçün milyardlar xərcləyir.

“Ordu”nun ləğv edilməsi Qarabağda “soyqırım” və “etnik təmizləmə”yə hazırlıq getdiyinə sübutdur”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Şəmsəddin
    Mart 14, 2023 - 21:26

    Lacında sərhəd-gömrük postu qoyulmalı, Xankəndinə ordu yeridilərək Azərbaycanın dəmir yumruğu yada salınmalıdır. Qarabağ Azərbaycandır !

  • Əsgər
    Mart 14, 2023 - 22:33

    Qarabağ Azərbaycandir ermənilərin və mülkü səxslərin biz tam qarantiyiq Xankəndində və ona yaxın ərazilərdə.Hec bir özünü müdafiə adı altında ordu saxlamaq qəti olmaz 10 noyabr 2020- çi ilin qərari

Əsgər üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*