“Mən 27 il türklərə qarşı yaşayıb döyüşmüşəm” – Erməni müğənni SƏRSƏMLƏDİbackend

"Mən 27 il türklərə qarşı yaşayıb döyüşmüşəm" - Erməni müğənni SƏRSƏMLƏDİ

“Özümü nə qədər güclü insan hesab etsəm də, Yerablura gedib o oğulların məzarları önündə dayanıb deyə bilmərəm ki, üzr istəyirəm uşaqlar, kimsə bizim hamımız üçün təslim olmağa qərar verib. Məğlub olduğumuzu qəbul etsək belə, üç ildir davam edən təslim olma təbliğatı qəbuledilməzdir”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni müğənni Artur Xaçents danışıb.

O deyib ki, istənilən bir ölkə müharibədən sonra belini düzəldə bilər, səy göstərə bilər, yenidən doğula bilər. Amma hakimiyyət bunun əksini edir, insanlara yeganə həqiqət kimi məğlubiyyəti sırıyır.

“Hər il yay aylarında çoxlu diaspora erməniləri öz vətənlərində istirahət etmək üçün Ermənistana gəlirlər. Diasporun səyləri yetərlidirmi? Aydındır ki, yox. Diaspora erməniləri Qorisə, Berdzora getsəydilər, xüsusən də başqa dövlətin vətəndaşı olanda, orada aksiya keçirsəydilər, bəlkə nəsə dəyişərdi. Bu, bir dəyişiklik gətirməsə belə, heç olmasa insanlar tək olmadıqlarını görərdilər.

Mən 27 il türklərə qarşı yaşayıb döyüşmüşəm, Azərbaycan və Türkiyə bayraqları altından, Azərbaycanın qurduğu keçid məntəqəsindən keçmək fikrində deyiləm. Həmçinin Qarabağdan ailəmi çıxarmağı düşünmürəm. Mən Azərbaycana boyun əymək fikrində deyiləm”, – deyə erməni müğənni çərənləyib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*