Azərbaycanın tanınmış rəssamı Fərhad Yalquzaq vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar.
Xatırladaq ki, sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.
O, 2022-ci ildə “XAZART” simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. “Muzey Mərkəzi”nin sərgilərində isə “Afrikalı şaman” (2009), “Bilyard ustası” (2010) və s. əsərləri yer alıb.
***
Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
KONKRET.az xəbər verir ki, məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və o, qanaxmadan vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.