Azərbaycanın Ukraynaya yardım etməsi Rusiyanı HİDDƏTLƏNDİRDİbackend

Azərbaycanın Ukraynaya yardım etməsi Rusiyanı HİDDƏTLƏNDİRDİ

Azərbaycanın Ukraynaya yardım etməsi Rusiyanı hiddətləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Xarici İşlər Nazirliyindəki “anonim mənbə” məlumat verib.

“Azərbaycanın Ukraynaya yardım kimi generatorlar göndərməsi çaşqınlıq doğurur.

Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın Kiyev rejiminin hərbi ehtiyaclar üçün istifadə etdiyi kritik infrastrukturunu məhv edir. Bu baxımdan, Bakıdan gələn tədarüklərin vəziyyəti kökündən dəyişməsi mümkün deyil, çünki onları humanitar yardım adlandırmaq olmaz”, – deyə məlumatda deyilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan humanitar yardım kimi Ukraynaya elektrik avadanlıqları göndərib. Yükə 45 güc transformatoru və 50 generator daxildir.

“Azərenerji”nin təqdim etdiyi avadanlıq şənbə günü səhər dörd yük maşını ilə yola düşüb, çəkisi 52,2 tondur. Yardımın ümumi dəyəri 1 422 000 manat (800 000 dollardan çox) təşkil edib.

Yaxın günlərdə onlar humanitar yardımın ikinci partiyasının göndərilməsi planlaşdırılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*