Azərbaycanın xarici borcu azalıb – Rəqəmlər AÇIQLANDIbackend

Azərbaycanın xarici borcu azalıb - Rəqəmlər AÇIQLANDI

2022-ci il 31 dekabr tarixinə operativ məlumatlara əsasən, Azərbaycanın xarici dövlət borcu 6 milyard 693 milyon 200 min ABŞ dolları təşkil edib.  

KONKRET.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov  Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

O bildirib ki, 2022-ci il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləğinin mütləq ifadədə 700,2 milyon ABŞ dolları azalmasına nail olunub:

“Bundan başqa, Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2022-ci il ərzində 157,7 milyon ABŞ dolları məbləğində kredit vəsaitindən istifadə edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*