Azərbaycanla kommunikasiya əlaqələri bərpa ediləcək – PAŞİNYANbackend

Azərbaycanla kommunikasiya əlaqələri bərpa ediləcək - PAŞİNYAN

Bu gün Ermənistann parlamentində hökumətin dinləmələri keçirilib.

KONKRET.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan deputatlar qarşısında çıxış edib və onların suallarını cavablandırıb. Paşinyan əsasən Brüsseldəki görüş barədə danışıb. Bildirib ki, Brüsseldə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və təsdiqlənməsi müzakirə olunub.

Paşinyan sərhədlərin delimitasiyasını 1991-ci il Almatı bəyannaməsi əsasında aparılacağını deyib:

“Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməyə ehtiyac var”.
Nikol Paşinyanın həmçinin, regional kommunikasiyaların qarşılıqlı razılaşmalar əsasında açılacağını deyib.

“Biz əsirlərin qaytarılması və itkin düşənlərin taleyinin aydınlaşdırılması istiqamətində də işimizi davam etdirməliyik”, – deyə Paşinyan bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*