“Azərbaycanla müharibə istəyən hər kəs dəli və avantüristdir”.
KONKRET.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.
“Azərbaycanla müharibə istəyən hər kəs dəli və avantüristdir. Azərbaycanın yeni müharibəyə başladığını hiss etmək istəməyən hər kəs özünü aldatmaqla məşğuldur. Yalvarmaqla Azərbaycanla barışmağın mümkün olmadığını başa düşməyən isə ağılsızdır
Nikol Paşinyan erməni xalqına ikinci müharibəni gətirir. Erməni xalqı müharibədə ali baş komandan rolunu növbəti dəfə Nikol Paşinyana həvalə etməyə hazırdırmı?
Sual heç bir halda ritorik deyil”, – deyə Tevanyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az