Azərbaycanla Türkiyə qarşılıqlı ticarətdə milli valyutalara keçəcək? – AÇIQLAMAbackend

Azərbaycanla Türkiyə qarşılıqlı ticarətdə milli valyutalara keçəcək? - AÇIQLAMA

Ucuz milli valyuta həmin ölkənin ixrac potensialını və turizmdə rəqabətlilik qabiliyyətini artırır. Hazırda turizm mövsümü  olmadığını nəzərə alsaq, deyə bilərik ki, qardaş Türkiyədə lirənin sürətlə dəyərdən düşməsi ölkələrimiz arasında ticarət dövriyyəsinə təsir göstərəcək. Eləcə də bu məsələnin manata hansı formada təsir göstərəcəyi yenidən aktuallaşıb. Xatırladaq ki, lirənin kəskin ucuzlaşması ötən ayın ortalarında Türkiyə Mərkəzi Bankının üç vəzifəli şəxsinin, o cümlədən sədrin iki müavininin işdən çıxarılması fonunda başlayıb. Oktyabrın sonunda isə tənzimləyici qurum uçot dərəcəsini 18 %-dən 16 %-ə endirib. Bundan sonra milli valyutanın ucuzlaşması sürətlənib. Hazırda 1 dollar 12 lirəyə çatmaq üzrədir.

Aydındır ki, türk lirəsi nə qədər ucuzlaşırsa, türk mallarına tələbat və maraq da bir o qədər artır. Çünki qiymət daha cəlbedici olur. Bu fonda gözlənilən odur ki, lirənin ucuzlaşması Türkiyənin Azərbaycana ixrac etdiyi mal və məhsulların həcminin artımına səbəb olacaq.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Türkiyədən Azərbaycana əsasən iri ev quşları, iri heyvanlar, ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları və digər məişət məhsulları idxal edilir. Azərbaycandan isə Türkiyəyə, əsasən neft-qaz məhsulları, bəzi sənaye məhsulları və sair ixrac olunur.  Azərbaycan Türkiyəyə, həmçinin kənd təsərrüfatı məhsulları – bəzi pendir növləri, çay, meyvə-tərəvəz də ixrac edir.

Onu da qeyd edək ki, Azərbaycanla Türkiyə beynəlxalq şirkətlər və ölkələrlə apardığı ticarətdə dollar və avroya üz tutur. Ötən illərdə Türkiyə rəsmiləri, eləcə də prezident Rəcəb Tayyip Ərdoğan dolların ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün Azərbaycanın da daxil olduğu tərəfdaş ölkələri milli valyutada ticarət aparmağa çağırsa da, bu təkliflər hələ də tam reallaşmamış qalır.

Bəs görəsən, bu mümkündürmü? Türkiyə ilə tərəfdaş ölkələr ikitərəfli iqtisadi əlaqələrdə birbaşa formalaşan, dollar üzərindən hesablanmayan lirə-manat məzənnəsindən istifadə edə bilərmi?

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini gözləmirdim" » YeniSözçü qəzeti

Natiq Cəfərli: “Beynəlxalq ticarətdə sabit və konservləşdirilmiş valyutalarda müqavilələrin bağlanması daha çox məqbul sayılır”

KONKRET.az-ın məlumatına görə, mövzu ilə bağlımusavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, türk lirəsinin dəyərdən düşməsi təbii ki, Türkiyədən idxalı, yəni  ölkəmizə daha çox mal gətirilməsini stimullaşdıracaq: “Belə bir addımın olması mümkündür, idxal artacaq. Qiymətlərin dəyişməsi, Türkiyədən gətirilən məhsulların ucuzlaşması isə bu prosesin nə qədər uzun sürəcəyindən asılı olacaq. Əgər bu proses qalıcı olsa bir müddətdən sonra az da olsa qiymətlərdə ucuzlaşma hiss edə bilərik”.

İqtisadçı bir məqamı da vurğuladı ki, burada önəmli olan məsələ Türkiyədə  qiymətlərin sürətlə artmasıdır: “Türkiyədə də inflyasiya kifayət qədər sürətlə gedir. Rəsmi rəqəmlərdə artıq 20 faizdir. Ona görə də dollar dəyərdən düşdükcə, türk lirəsində mal və məhsulların qiymətində bahalaşma olur. Bu, müəyyən dərəcədə ixracın artmasına maneə törədə bilər”.

N.Cəfərli hesab edir ki, Türkiyədə lirənin dəyərdən düşməsi bir çox hallarda daxili problemlərdən qaynaqlanır: “Mərkəzi Bankın müstəqilliyinin itirilməsi, uçot dərəcəsinin aşağı salınması  məzənnəyə ciddi təsir göstərir. Bundan başqa, turizmlə bağlı problemlərin iki ildir davam etməsi  ölkəyə valyuta axınını xeyli azaldıb. Pandemiyadan öncə turizm Türkiyədə rekord hədlərdə idi. 40-42 milyard dollara yaxın turizmdən gəlir gəlirdi. Türkiyənin bu gəlirlərini itirməsi də lirənin məzənnəsinə öz təsirini göstərir”.

Ölkələrarası milli valyutalarla ticarətin aparılmasına gəlincə, iqtisadçı ekspert vurğuladı ki, dünya təcrübəsində buna müəyyən cəhdlər də olub: “Müxtəlif ölkələr, məsələn, Çinlə Rusiya dollardan imtina ilə bağlı bir neçə il bundan öncə belə bir qərar vermişlər ki, milli valyutalarla ticarət etsinlər. Lakin bu alınmadı. Milli valyutalardan bu şəkildə istifadə alınmadı. Dollar əvəzinə avro ilə ticarət etməyə üstünlük verdilər, yenə dəyişən bir şey olmadı. Çünki oynaq məzənnəsi olan ölkələrin milli valyutaları, digər oynaq məzənnə ilə müəyyənləşdirilirsə, bu, iş adamları üçün əlavə problemlər yaradır. Yəni siz türk lirəsi ilə müqavilə bağlayırsınız, bir müddətdən sonra lirənin dəyərdən düşməsi və yaxud da dəyər qazanması iş adamları üçün əlavə problemlər yaradır. Ona görə də beynəlxalq ticarətdə sabit və konservləşdirilmiş valyutalarda müqavilələrin bağlanması daha çox məqbul sayılır, daha çox seçim bu cür olunur. Ona görə də mən düşünmürəm ki, yaxın gələcəkdə milli valyutalarla ticarətin genişlənməsi mümkün olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*