Azərbaycanlı alim təltif olundubackend

Azərbaycanlı alim təltif olundu

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya‑mineralogiya elmləri doktoru, professor Vaqif Kərimovu təltif edib.

KONKRET.az xəbər verir ki, Rusiya Federasiyasının dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Sənədin mətnində deyilir:

“Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti Federal Dövlət Büdcə Ali Təhsil Müəssisəsinin kafedra müdiri Vaqif Yunus oğlu Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*