Azərbaycanlı alimin hazırladığı vaksin ÜST-nin siyahısında – FOTOLARbackend

Azərbaycanlı alimin hazırladığı vaksin ÜST-nin siyahısında - FOTOLAR

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib.

KONKRET.az-ın Aztibb.az-a istinadən məlumatına görə, T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən “Nicotiana Benthamiana” tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub.

Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*