Rusiyanın Voronej şəhərinin Leninski rayon məhkəməsi Azərbaycan icmasının rəhbəri və bir neçə böyük obyektin sahibi olan Yusif Xəlilovun istintaq təcridxanasından buraxılması ilə bağlı yayılan məlumatları təkzib edib.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, məhkəmənin nümayəndəsi Yekaterina Kraxmalyovanın sözlərinə görə, Xəlilov barəsində seçilmiş qətimkan tədbiri həbsdə saxlanılma 15 dekabr tarixinədək uzadılıb. Məhkəmə işlə bağlı əlavə məlumat təqdim etməyib.
Xatırladaq ki, Xəlilova xüsusilə böyük məbləğdə rüşvət vermə (Rusiya Federasiyası CM-nin 291-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi) ittihamı irəli sürülüb. Bu maddə üzrə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
