Azərbaycanlı hakim UEFA-dan təyinat aldıbackend

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, o, Bosniya və Herseqovinada “Bortats” və Farer adalarının “B-36 Torşavn” komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 7-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*