“Azərbaycanlı jurnalistlərin faciəli ölümündən şok yaşadım” – UNESCO-nun Baş direktorubackend

“Azərbaycanlı jurnalistlərin faciəli ölümündən şok yaşadım” - UNESCO-nun Baş direktoru

UNESCO-nun Baş direktoru Audrey Azoulay Kəlbəcərdə minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərdən danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə UNESCO-nun saytında məlumat verilib.

Audrey Azoulay 4 iyun tarixində Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlər – Sirac Abışov və Məhərrəm İbrahimovun minaya düşərək həlak olmaları ilə bağlı hadisəni qınayıb.

“Sirac Abışov və Məhərrəm İbrahimovun faciəli ölümündən şok yaşadım. Jurnalistlər şəxsi təhlükəsizlik riski olmadan peşələrini yerinə yetirə bilməlidirlər”,- deyə Azoulay qeyd edib.

Xatırladaq ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*