Azərbaycanlı kriminal avtoritet saxlanıldı – FOTObackend

Azərbaycanlı kriminal avtoritet saxlanıldı - FOTO

Azərbaycanlı kriminal avtoritet Polad Ömərov Çexiyada saxlanılıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, azərbaycanlı mərhum “Qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) klanına daxil olan Ömərov adam oğurluğu və qətldə ittiham olunur.

Praqada saxlanılan Polad Ömərov Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, Polad Ömərov kriminal aləmdə Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*