Anasının məzarını ziyarət edən “Dünya TV”nin aparıcısı Samir Bayramlı xoşagəlməz mənzərə ilə qarşılaşıb.
KONKRET.az titul.az-a istinadən xəbər verir ki, aparıcı anasının sinə daşı üzərində əkilən güllər arasında üzərində ərəb dilində yazılar olan yumurtaya rastlayıb.
Aparıcı həmin kadrları təqdim edərək ona qarşı cadu edildiyi iddiasını səsləndirib.
Qeyd edək ki, Samir bu yaxınlarda maşınında da ona cadu edildiyini bildirib.