“İnternet sürətilə bağlı qiymət artımı müşahidə edildi. Ancaq biz görürük ki, qiymətlə sürət üst-üstə düşmür, əksinə sürət daha zəifdir”.
KONKRET.az Redaktor.az-a istinadla xəbər verir ki, bunu milli məclisin deputatı Naqif Həmzəyev deyib.
“Bundan başqa regionlarda, xüsusən də Gəncədə idman zalları tikilməsini istərdik. Məktəbəqədər təhsilə cəlb olunan uşaqlara qida dövlət tərəfindən verilsin. Həmçinin tələbə yataqxanalarına diqqət ayrılsın. Məsələn, öz yurdlarına qayıdan məcburi köçkünlərin mənzilləri yataqxana kimi istifadəyə verilsin”, – Naqif Həmzəyev əlavə edib.