Azərbaycanlılar Almaniyadan qolu qandallı deportasiya olundubackend

Azərbaycanlılar Almaniyadan qolu qandallı deportasiya olundu

Almaniya dünyada azərbaycanlıların, bəlkə də, ən çox üz tutuduğu ölkədir. Amma Avropa dövləti zamanla miqrant siyasətinə əl gəzdirməyə çalışır. Gəlmələrin bir çoxu vətəninə qaytarılır.

KONKRET.az xəbər verir ki, 31 azərbaycanlı Almaniyadan deportasiya olunub. “Legat” İnteqrasiya Mərkəzi bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Almaniya hökuməti əsasən ölkədə qanunsuz məskunlaşanlarla bağlı qərar verib. Bundan başqa, Azərbaycana qaytarılanların arasında Avropa ölkəsində siyasi sığınacaq almağa ümid edənlər də var.

Vətəninə göndərilənlərin bəzisi son bir neçə həftə ərzində deportasiya mərkəzinə yerləşdirilibmiş. Onlar xüsusi nəzarət altında saxlanılıb. Azərbaycana qayıdanların 7-si qolu qandallı olub. Hamı koronavirus testindən keçiriləndən sonra səfərlə bağlı son qərar verilib.

Almaniyadan martın 31-də Azərbaycana çarter reysi təşkil olunub. Münhen şəhərindən havaya qalxan təyyarə Bakıda planlaşdırılandan 2 saat 18 dəqiqə gec eniş edib. Deportasiya olunanların arasında siyasi fəallar qeydə alınmayıb. Heydər Əliyev adına hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qısamüddətli sorğusuna cavab verəndən sonra vətənə qayıdanlar sərbəst buraxılıb.

Azərbaycanlılar “Readmissiya haqqında” sazişə əsasən deportasiya olunub. Yəni Azərbaycanla Avropa İttifaqı arasındakı razılaşma əsas götürülüb. Saziş bir-birinin ərazisində qeyri-qanuni məskunlaşan şəxslərin təhvil verilməsini nəzərdə tutur. Razılaşma 2014-cü il fevralın 28-də Belçikanın paytaxtı Brüsseldə imzalanıb.

Ölkəyə qaytarılan azərbaycanlıların 14-nün eyni ailəni təmsil etdiyi bildirilir. Almaniyanın Köln şəhərində təhsil alan Elvin Cəbrayıl yazıb ki, məhz ayağına qandal vurulan həmvətənlərindən birinin həbs olunması işində tərcümə məsuliyyətini üzərinə götürüb.

Aprelin ilk dekadasının sonuna qədər Almaniyadan yenə deportasiya prosesinin həyata keçiriləcəyi gözlənilir. Aprelin 4-ü və ya 7-də bir daha çarter reysi təşkil olunacağı ehtimal edilir. “Legat” İnteqrasiya Mərkəzinə yazılanlardan görünür ki, Almaniyada yaşayan azərbaycanlılar çox narahatdır. Əksəri deportasiya taleyi yaşayacağından ehtiyat edir. bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*