“Azərbaycanlılar müharibədən sonrakı üstünlüklərindən istifadə etməyə çalışır” – Köçəryan backend

"Azərbaycanlılar müharibədən sonrakı üstünlüklərindən istifadə etməyə çalışır" - Köçəryan 

“44 günlük müharibədə həm Fransa, həm ABŞ, həm də Rusiya müharibəni dayandırmağa çalışdı. Nəticədə müharibə dayanmalı olduğu yerdə dayandı, burada məntiqi belə qoyulmuşdu”.

KONKRET.az xəbər verir ki, bunu yerli mediaya müsahibəsində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan deyib.

Danışıqlara toxunan Köçəryan onların daha da uzanacağını proqnozlaşdırıb:

“Hər kəs öz dövlət maraqlarına xidmət etməlidir və bunların hamısı təhlükəsizlik məsələləri ilə bağlıdır. Sülhün tezliklə əldə olunmasının zəruriliyindən nə qədər danışsaq da, uzun-uzadı müzakirə olunacaq məsələlər var”, – deyə Köçəryan bildirib

O deyib ki, azərbaycanlılar müharibədən sonrakı üstünlüklərindən istifadə etməyə çalışırlar.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*