“Azərbaycanlılar Qarabağın yolunu, Paşinyan isə yaşamaq hüququmuzu bağlayıb”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının üzvü Areqnaz Manukyan “Facebook” səhifəsində yazıb.
“Ermənilər Laçın dəhlizinin azərbaycanlılar tərəfindən bağlanmasına işarə edərək: “Qarabağ xalqı nə istəyir, onlar bizim Azərbaycana müharibə elan etməyimizi istəyirlər?” deyəndə, başa düşürsən ki, iki ölkə arasında başqa müddəalar səslənir.
“Bu müddəalar belədir: “Zəngəzur sakinləri nə istəyirlər, Zəngəzura görə bizdən Azərbaycana müharibə elan etməyimizi istəyirlər? Vardenis, Sevan ( Göyçə) ,Martuni (Xocavənd), Tavuş, Gümrü və sonda İrəvan sakinləri nə istəyirlər?”. Nikol Paşinyanın siyasətinin mahiyyəti bundan ibarətdir.
Düşmən xaricdən, Paşinyanın siyasəti isə dövlətimizə xaricdən də, daxildən də zərbə vurur. Və kimin daha güclü vurduğunu söyləmək çətindir. Məqsəd Qarabağ və Ermənistandır”, deyə o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az