“Azərbaycanlılar üçün yolun iki hissədə bağlandığına dair sübutlar var” – Abramyanbackend

"Azərbaycanlılar üçün yolun iki hissədə bağlandığına dair sübutlar var" - Abramyan

“Azərbaycanlılar üçün yolun iki hissədə bağlandığına dair sübutlar var”. 

KONKRET.az xəbər verir ki, bunu deputat Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Azərbaycanın Təbiəti Mühafizə və Təbii Sərvətlər Nazirliyi Qarabağda yerin təkinin monitorinqi işlərinə başlanıldığı barədə məlumat yayıb.

Hələlik “arsax”dan rəsmi cavab yoxdur. Bu mövzuda qeyri-rəsmi mənbələrdən kifayət qədər ziddiyyətli məlumatlar var.

Məlumata görə, azərbaycanlılar rus sülhməramlılarının müşayiəti ilə əvvəlcədən planlaşdırılan yataqlara daxil olmaq imkanı əldə edə bilməyiblər. Çünki bir qrup qarabağlı erməni mədənə gedən yolu bağlayıb.

Hətta azərbaycanlılar üçün yolun iki hissədə bağlandığı barədə də məlumatlar var.

Azərbaycanlıların hazırda harada olduğu, nəyi öyrənə bildiyi və əslində hansı proseslərin baş verdiyi hələ tam aydın deyil”, – deyə Abramyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*