“Azərbaycanlılara günün ikinci yarısına qədər vaxt verdilər ki, yolu açsınlar” – Avanesyanbackend

"Azərbaycanlılara günün ikinci yarısına qədər vaxt verdilər ki, yolu açsınlar" - Avanesyan

“Azərbaycanlılara günün ikinci yarısına qədər vaxt verdilər ki, Xankəndi-Gorus yolunu açsınlar”.

KONKRET.az xəbər verir ki, bunu “Asparez” rəqs studiyasının direktoru Larri Avanesyan Ermənistan mediasına müsahibəsində deyib.

“Gürcüstandan rəqs müsabiqəsindən qayıdan “Asparez” rəqs studiyasının tələbələri dünəndən Qarabağa qayıda bilmirlər.

Biz bilirik ki, yolun açılması üçün günortaya qədər vaxt verilib. Belə ucuz təxribatlarla bizi qorxuda bilməzlər. Bizim mübarizə yolumuz orada yaşamaq və fəaliyyətimizi davam etdirməkdir”, – deyə Avanesyan çərənləyib.

P.S. Bumeranq… İllərdir Qarabağa – doğma yurduna həsrət qalan, isti ocağından, evindən, elindən, obasından didərgin düşən, uşaqlığını, gəncliyini, ən gözəl günlərini keçirdiyi torpaqlar üçün burnunun ucu göynəyən bir milyon Azərbaycan vətəndaşı gör nələr çəkib, bunu bir onlar bilir, bir də Allah. Bir sutkanı dözə bilməyən, 30 ildir bu xalqı vecinə almayan xislətsiz erməni indi hay-haray qoparıb, şüvən salıb. 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*