Azərbaycanlıların Ermənistana gedəcəyi vaxt və şərtlər bilindibackend

Azərbaycanlıların Ermənistana gedəcəyi vaxt və şərtlər bilindi

Surxay Atakişiyev

İtə deyirlər niyə hürürsən? Deyir ki, “Qorxuduram”. Bəs quyruğunu niyə bulayırsan? Deyir ki, “Çünki, qorxuram”. Eynən, ermənilər kimi. Bu zavallılar gah hürür, gah uluyur, gah quyruq bulayır, gah da ki, quyruqlarını qısıb qaçırlar. Yəni nə qədər fikirləşsən də, onların nə istədiyini kəsdirə bilmirsən. Əslində, nə istədiklərini heç ermənilərin özləri də bilmirlər. Di gəl ki, min oyundan çıxırlar.

Yanvarın 6-da Prezident İlham Əliyev 2020-cili ilin yekunlarına həsr olunmuş videoformatlı konfransda Dağlıq Qarabağ və Ermənistanla bağlı bir sıra vacib çağırışlar etdi. Və bu çağırışlardan sonra Erməni siyasi gündəmi yenidən qarışdı. Biri dedi ki, vayy, Zəngəzur əldən getdi. Biri dedi, Paşinyana yeni müqavilə imzalatdırılacaq. Biri dedi ki, daha Qarabağı unudaq. Biri də dedi ki, Azərbaycan ermənilərin Qarabağa gəlməsinə viza verməyəcək.

Əvvəla, bütün bu narahatlıqlar onu göstərdi ki, Ermənistan Azərbaycan tərəfindən heç zaman olmadığı qədər bərk qorxurlar.

İkincisi, Ermənistan tərəfinin bütün hay-küyləri yalnız daxili auditoriya üçün hesablanıb. Nə rəsmi İrəvanın, nə də ki, erməni diasporunun və onların havadarlarının bir qələt qarışdırmaq imkanı yoxdur.

Üçüncüsü, Ermənistan tərəfi daha böyük itkilərlə üzləşəcəklərindən narahatdırlar.

Və ən nəhayət, bəlli oldu ki, Ermənistanın siyasi gündəmini Azərbaycan Prezidentinin çıxışları müəyyən edir. Bu da onu sübut edir ki, Ermənistan artıq hadisələrin arxasınca sürünür. Və ona görə də danışıqlarında və fikirlərində məntiq deyilən bir zad yoxdur.

Məsələn, Prezident İlham Əliyevin Ermənistan rəsmilərinin və vətəndaşlarının Dağlıq Qarabağa gəlişinə birmənalı qadağa qoyulacağı xəbərdarlığından sonra  ermənilər əl-ayağa düşüblər. Deyirlər ki, yaxın aylarda Bakı Ermənistan-Azərbyacan sərhədində viza-buraxılış rejimi tətbiq edəcək. Bəs onda biz ermənilər cənnət Qarabağa necə gedib gələcəyik? Və bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə çoxlu sayda müraciətlər oldu. Məsələ ilə bağlı açıqlama istənildi. Nazirlik də cavab olaraq vətəndaşların qarşılıqlı  giriş vizası tələbindən azad olan ölkələrin siyahısını şərh etdi.

Bildirildi ki, 9 oktyabr 1992-ci il tarixində Bişkekdə  MDB Üzv Dövlətləri Vətəndaşlarının Sərbəst Vizasız Hərəkatı haqqında Saziş imzalanıb. Və bu Sazişə həm Ermənistan, həm də Azərbaycan hökuməti imza atıb. Ona görə də iki ölkə arasında vizasız gediş-gəliş mümkündür. Bununla belə Ermənistan Xarici İşlər Nazirliyi tez-tələsik rəsmi saytında düzəliş etdi. Və artıq Azərbaycan da viza tələb olunan ölkələr siyahısına salındı. Nazirliyin elektron portalında məsələnin izahı da verilir.

Bəs Azərbaycan tərəfi bu məsələ barədə nə düşünür? Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, vətəndaşların səfərləri və Azərbaycanla Ermənistan arasındakı vizasız rejimdən danışmaq üçün ilk növbədə diplomatik münasibətlər qurmaq lazımdır. “İki ölkə arasında səyahətin tənzimlənməsi ilə bağlı imzalanan beynəlxalq bir müqavilə yoxdur. Buna görə də bu mərhələdə qarşılıqlı vizasız rejimdən danışmaq ağlabatan deyil”, – deyə Abdullayeva bildirib.

“Tak-şto, kirvə” sizlərin daha əvvəlki kimi Qarabağı su yoluna döndərməyiniz mümkün olmayacaq. Çünki Qarabağ Azərbaycandır.

KONKRET.az

  • Azər
    Yanvar 10, 2021 - 02:25

    Onlar nə istədiklərini bilirlər.Biz bilmirik

  • Azər
    Yanvar 10, 2021 - 02:28

    Onlar nə istədiklərini bilirlər.Biz nə istədiyimizi bilmirik

Azər üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*