“Azərbaycanlıların Qarabağdakı yataqlara getməsi üçün razılaşma var idi” – Erməni deputatbackend

"Azərbaycanlıların Qarabağdakı yataqlara getməsi üçün razılaşma var idi" - Erməni deputat

“Azərbaycanlıların Qarabağdakı yataqlara getməsi ilə bağlı razılaşma var idi”.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 12-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqlərdə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan deyib.

“Ekoloqların Kaşen yatağına getməsi mövcud razılaşmaların nəticəsidir.

Bu razılaşmaların kimlər arasında əldə olunduğunu deyə bilmərəm. Yoxsa ekoloqlar sadəcə olaraq bayraqları götürüb Qarabağın istənilən nöqtəsinə gedə bilməzdilər. Yəni, onların ora getməsi üçün razılaşmalar var idi və bu, lazımsız gərginlikdən qaçmaq üçün edilib”,  – deyə Koçaryan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*