Azərin Ankarada konsert verdi – VİDEObackend

Azərin Ankarada konsert verdi - VİDEO

Xalq artisti Azərin Ankarada konsert proqramı ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, “Azərbaycan-Türkiyə dostluq konserti” musiqili gecəsi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Səhnəyə çıxan Azərin artıq Madagizdə (Suqovuşan) Azərbaycan bayrağının dalğalandırıldığını qeyd edib: “Azərbaycanın haqlı davasında yanımızda olan, bizimlə çiyin- çiyinə duran, dəstəyini əsirgəməyən, təkcə Azərbaycanın deyil, ədalətin, haqqın, insanlığın yanında olan Türkiyə dövləti və xalqına təşəkkürlər”.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim də iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*