“Azəriqaz”: Növbəti “açıq mikrofon” Zığda keçiriləcəkbackend

"Azəriqaz": Növbəti “açıq mikrofon” Zığda keçiriləcək

“Azəriqaz” İstehsalat Birliyinin sayca on ikinci “Açıq mikrofon” aksiyası Suraxanı rayonunun Zığ qəsəbəsində təşkil olunacaq.

Bu barədə KONKRET.az-a “Azəriqaz”dan bildirilib.

Sürüşmə zonasından köçürülən vətəndaşların məskunlaşdığı ərazinin qazlaşması ilə bağlı daxil olan müraciətlər əsasında təşkil olunan “Səyyar qəbul otağı” sentyabrın 13-də saat 11:00-dan 13:00-dək vətəndaşların üzünə açıq olacaq.

Vətəndaş məmnunluğunu hər şeydən üstün tutan Birlik bundan sonra da bu cür aksiyaları davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*